Sinus liftinq və implant

Sinus liftinq tətbiqinə ehtiyac, üst çənədə diş çəkildikdən sonra tənəffüs
yollarımızın bir üzvü olan sinuslarımızın sahəyə invaziya olması ilə sümüyün
istədiyimizdən incə olduğu halda yaranır. Üst çənədə diş çəkildikdən sonra üst
çənəmizdəki sinus boşluqları çəkilən sahəyə doğru yerlərini genişləndirirlər.
Bunun nəticəsində implantasiya etmək üçün kifayət qədər vertikal sümük ölçüsü
qalmır.


Bu vəziyyəti düzəltmək üçün sinus boşluğu açılır və boşluğun sərhədini meydana
gətirən zarabənzər sinus epiteli, yuxarı qaldırılır və arada açılan boşluğa sümük
grefti adlandırdığımız sümükəvəzedici maddə doldurulur. Əgər kifayət qədər
sümük varsa eyni seansda implantasiya edilir. Əgər kifayət qədər sümük yoxdursa,
sinus lifting əməliyyatı edilir və sonra 4-6 ay gözlənilir, daha sonra həmin
nahiyyəyə implant yerləşdirilir.