İnlay – Onlay plomblarının üstünlükləri

Əvvəllər material olaraq amalqam plomblarından istifadə edilirdi. Amalqam
plombları gümüş plomblar olaraq tanınır. Bu gümüş plombların tərkibində civə var və
baxıldığı zaman xoş görüntü yaratmır. Əslində civə toksik maddə olduğundan hazırkı
dövrdə bu materiallardan istifadə edilmir.
Əgər dişinizdə amalqam plomblarınız varsa və ya dişlərinizdə çürüklər varsa,
estetik plomblardan istifadə edə bilərsiniz.


Xüsusi metodlarla amalqam plomblarınız çıxardılır və boş qalmış yerlərdə
çürüklər varsa təmizlənir. Bu sahənin ölçüsü götürülür və ölçüdən alınan modellə
laboratoriya şəraitində keramika tərkibli plomb hazırlanaraq dişin oyulmuş hissəsinə
yerləşdirilir. Hazırlanmış bu xüsusi keramika tərkibli plomba İnlay – Onlay Plombları
adı verilmişdir.
İnlay plomblar daha kiçik, Onlay plomblar isə daha böyük plomblara verilən addır.
İnlay – Onlay Plomblarının üstünlükləri isə çox estetik olması, baxıldığı zaman təbii
dişlərdən fərqlənməməsidir. İnlay – Onlay Plombları bir və ya iki seansda icra edilir.