Ağız, diş və çənə cərrahiyyəsi nədir?

Ağız, diş və çənə cərrahiyyəsi kafedrası Stomatologiya fakültəsinin kliniki
elmlərinə bağlı olan kafedradır. Bu kafedrada müəllimlərdən başqa mütəxəssis həkimlər,
mütəxəssislik təhsili alan stomatoloqlar, təcrübəçi stomatoloqlar, anesteziya texnikləri,
tibb bacıları və köməkçi personallar da işləyirlər.


Ağız, diş və çənə cərrahiyyəsi ağız, çənə və üz bölgələrində yerləşən yumuşaq və
sərt toxumaların konjential (anadangəlmə) və qazanılmış xəstəlikləri ilə infeksion,
travmatik və istənilən patoloji səbəblərin yaratdığı estetik, funksional və fonetik
problemlərin medikal və cərrahiyyə müalicəsini həyata keçirən tibbi sahədir.