Vinir diş qoydurmağın üstünlükləri:

 Vinir dişlər tamamilə keramikdan ibarət olduğu üçün təbii görünüşə sahibdir.
 Vinir dişlər hamar səthə sahibdir.
 Vinir dişlərin hazırlanması qısa davam edən prosesdir.
 Vinir dişlər olduqca davamlı tərkibə sahibdir.
Vinir dişlər dişinizin görünüşünə mənfi təsir göstərən çürük dişlər üçün istifadə
edilən estetik həll yoludur. Vinir dişlər işıq keçiriciliyinə sahib olan lövhəcikdən
ibarətdir. Təbii dişlərə oxşar olduğuna görə digər dişlərdə olan görünüşə və xüsusiyyətə
sahibdir. Keramik vinir dişlərin tətbiq edilməsinin nə qədər vaxt apardığı və ağırısının
olub-olmadığı çoxlarını maraqlandıran sualdır. Əvvəlcə onu qeyd edək ki, keramik vinir
dişlərin qoyulması metodu minimal invaziv bir metoddur. Yəni dişlərin səthinin az
miqdarda hamarlaşdırılması lazım olur, bəzən isə hamarlaşdırılmadan tətbiq edilə bilir.


Bu hal vəziyyətə görə dəyişir, bununla bağlı həkim qərar verməlidir.
Dişlərin hamarlanması prosesi həyata keçirildiyi üçün müvəqqəti diş qoyulmasına
ehtiyac yoxdur və bir həftədə pasient istədiyi gülüşə sahib ola bilər.
Birinci seansda pasientin dişlərinin ölçüsü götürülür. İkinci seansda özəl gülüş
metodları ilə dişlərin forması bəyənilir və üçüncü seansda bu keramik vinir dişlər
seçdiyimiz rəngdə, formada gəldikdən sonra ağızda yoxlanılır. Həkimin və pasientin
razılığı ilə vinirlər dişlərə bərkidilir. Pasient istədiyi estetik gülüşə bir həftə ərzində sahib
olur ki, bu da çox böyük gözəllikdir.