Keramik vinir dişlərlə həyata keçirilən gülüş layihəsi

İndiki dövrümüzdə mükəmməl və estetik görünən gülüş insanlara qarşı isti
münasibət yaradır. Dişlərimizin foması, rəngi və keyfiyyəti qarşımızdakı insanlara
gənclik, sağlamlıq və özünə güvən hissi kimi əks olunur. Əlbəttə ki, mükəmməl, estetik
gülüş kariyeranızı və özəl həyatınızı müsbətə doğru dəyişəcəkdir. Güzgüyə baxdığınızda
gülüşünüzdən razı qalmırsınızsa, bununla əlaqədar mütəxəssis diş həkiminə müraciət
edərək arzu olunan estetik gülüşə və görünüşə sahib ola bilərsiniz.
Keramik vinir dişlər nədir və necə hazırlanır?


Keramik vinir dişlərin tətbiqi – dırnaq qalınlığında, istənilən rəngdə, ölçüdə və
formada xüsusi olaraq hazırlanan keramik lövhəciyin dişin səthinə yapışdırılması
prosesinə deyilir. Keramikdan hazırlanan bu lövhəciklər təxminən 0.7 mm qalınlığında
olur və işq keçiriciliyi vardır. Dişlərin səthinə mükəmməl ahəngdarlıqla və həssaslıqla
bərkidilirlər.
Keramik vinir tətbiq ediləcək dişlərdə az miqdarda olsa da bir az aşındırma
olmalıdır. Bu aşındırma faizi dişin forması, rəngi və yerləşmə vəziyyəti ilə müəyyən
olunur.
Keramik vinir dişlərin tətbiq edilməsi haqqında daha təfərrüatlı məlumatları
həkiminizlə danışaraq öyrənə bilərsiniz.