1 gündə implant

Dişlərinin olmamasına görə çətinlik çəkən pasientlər üçün dental implantlar ən təsirli
həll yoludur. Dental implantlar təbii dişlər kimi görünür və təbii dişlərin funksiyalarını
yerinə yetirir.
Dörd implant texnikası olaraq adlandırılan All On Four, heç bir dişi olmayan
pasientlərin boş qalmış diş yerlərində müəyyən məsafələrlə bərkidilən dörd implantın
üzərinə bir gündə müvəqqəti yerləşdirilən diş protezinin sabit qalmasını təmin edən
texnikadır.

Bir gün ərzində implant – klinikaya gəldiyiniz gün diş qoyma əməliyyatı həyata
keçirilərək yeni dişlə həyatınızı davam etdirmək deməkdir. Bu implant əməliyyatı aylarla
gözləmək məcburiyyətində olan pasientlər üçün ideal həll yoludur. Pasient bu metodla heç
bir zaman dişsiz gözləmək məcburiyyətində deyil və həmin gündən etibarən müvəqqəti dişlə
işlərini normal şəkildə davam etdirir.

Yeni dişlərə sahib olmaq üçün 6 ay gözləmədən, implant əməliyyatı həyata keçirilən
gün implanta taxılan müvəqqəti dişlərlə evə qayıda bilərsiniz. Bir neçə aydan sonra son
prosedurlar icra edilir, amma pasient klinikadan əsla dişsiz olaraq evə qayıtmır.
Bir gün ərzində implant yerləşdirilməsi; bir dişin yerinə implant, birdən artıq dişin
yerinə implant və bütün ağıza implant yerləşdirilə bilər.

Bir gün ərzində implant yerləşdirilməsi əməliyyatından ən çox müalicəsini vaxtında
etdirməyən, dişləri boşalan, dişləri sallanan və yaxşı görünməyən dişlərə sahib olan
pasientlər istifadə edir.

Bu pasientlər implantın yerləşdirilmə əməliyyatından sonra ağızdakı bakteriyalardan
və çürüklərdən xilas olurlar, yeni sahib olduqları müvəqqəti dişlərlə özünə inam hissinə
qovuşurlar. Müalicə üçün digər pasientlər haqqında da belə məlumat verə bilərik. Damağ
protezlərindən istifadə edərkən çətinlik çəkən, diş xəstəlikləri səbəbindən sümük əriməsi
olan, genetiki olaraq dişləri olmayan və qəza nətiəcsində dişlərini itirən pasientlər.

Bir gün ərzində implant yerləşdirilməsinin faydaları:

♦ İmplant əməliyyatının müddəti 6-12 aydan bir günə qədər azalır.

♦ Yayılmış olan elmi metodlarla çox bənzər olur.

♦ Sağalmaqda olan diş ətini sıxan protez damaqlardan xilas edilir.

♦ İmplant yerləşdirildikdən sonra pasientlərin şikayətləri olmur.

♦ Pasientin yeni gülüşü ilə özünə inamı artır.

♦ Pasientlər çeynəmə zamanı rahatlıq və inam hissinin artdığını hiss edirlər.