Estetik diş və estetik gülüşün dizaynı

Estetik diş və estetik gülüşə sahib olmaq istəyən şəxslər estetik stomatologiyada
bir neçə müalicə sahələrini özündə birləşdirən estetik diş müalicəsini üstün tuturlar.
İnsanlar adətən diş çəkdirmək, dişlərinə plomb qoymaq, diş ağrıları, dişlərin olmaması və
ya diş kanalının müalicə olunması məqsədi ilə stomatoloqa müraciət edirlər. Hal-hazırda
insanlar sadəcə dişlərini müalicə etdirmək məqsədi ilə deyil, gülüşündən razı
qalmadıqları təqdirdə belə gülüşlərinin dizaynı üçün stomatoloqlara müraciət edirlər.
Estetik gülüş zamanı dodaqlar hər iki tərəfə simmetrik açılmalıdır. Xüsusilə üst
dodaq diş və diş ətinin birləşdiyi sərhəddə qədər açılmalıdır və estetik gülüş zamanı ağız
mütləq açıq olmalıdır, alt dişlər daha az görünməlidir. Alt dişlərin çox görünməsi insanı
yaşlı göstərir.


İdeal gülüş zamanı üst dişlər gözəl, eyni sıra ilə düzülmüş, düzgün və həmin
şəxsin sifəti ilə ahəngdar olmalı, bədənin rəngi ilə diş rəngi ahəngdar olmalıdır.
Pasientlər diş ətlərinin çox görünməsi, bu haldan narahat olmaları, dişlərindənki
çatların və ya qırıqlarının olması, dişlərinin rənginin saralmış olması, bəzi dişlərinin
olmaması kimi hallarda bondinq, dişlərin ağardılması, keramika vinir diş qapaqlarının
qoyulması, implant, zirkon diş qapaqlarının qoyulması və ya bir neçəsinin tətbiq edilməsi
ilə estetik diş və sağlam bir ağıza sahib ola bilərlər.