İmplantasiya zamanı pasiyent ağrı hiss edirmi?

İmplant əməliyyatı zamanı pasiyentin ağrı hiss etməyi mümkün deyil. İmplant
əməliyyatı lokal anesteziya ilə edilir. Doğru tətbiq edilən lokal anesteziya ilə
pasiyent əməliyyat əsnasında nə olur olsun ağrı hiss etmir. Ağrı qorxusu ilə
implantasiya etməkdən imtina etmək yanlışlıq olar.

Lokal anesteziyalar tətbiq
edildikləri sahə ilə beyin arasındakı ötürücü sistemi müəyyən müddətlik
dayandırır. Nəticədə əməliyyat nahiyyəsində nə edilir edilsin, pasiyent heç bir
narahatlıq hiss etmir.