Diş pastaları

Diş pastalarında fırçalama zamanı dişlərin üzərində olan lövhəni daha rahat və effektiv
təmizləmənizə şərait yaradan aşındırıcı hissəciklər mövcuddur. Bununla yanaşı dişin
strukturunun turşulara qarşı müqavimətini artıran flüor kimi kimyəvi maddələr də var.


İstifadəsindən asılı olaraq fərqli kimyəvi maddələr də tərkibində ola bilər. Diş pastalarını
fırçalamaya köməklik göstərən maddə kimi təsəvvür edin. Hansı diş pastasının sizin üçün uyğun
olduğunu diş həkiminizlə məsləhətləşin.