Diş fırçaları

Dişlərə qulluq prosesində diş fırçaları əsas rol oynayır. Diş fırçaları ilə dişlərimizin
görünən səthlərini təmizləyə bilərik. Hətta yeməkdən sonra düzgün fırçalama ilə dişlərimizin
üzərində olan yemək qalıqlarının böyük bir qismini təmizləyə bilərik. Diş fırçalarının növləri
çoxdur və reklamlarda onların bir sıra xüsusiyyətləri önə sürülür. Mən sizin üçün vəziyyəti daha
da sadələşdirmək istəyirəm. Mənim üçün ideal diş fırçalarında vacib olan xüsusiyyətlər firçanın
tüklərinin iti olmaması, tüklərin ucunun yuvarlaq olması və fırçanın səthinin düz olmasıdır.
Bundan sonra müvafiq olan diş fırçalama texnikasından istifadə olunmalıdır ki, bu da işin vacib
qismidir. Bunun üçün stomatoloqunuzdan 10 dəqiqəlik vaxt ayıraraq, sizə diş fırçalama
texnikasını öyrətməsini xahiş edə bilərsiniz. Diş fırçaları tüklərinin möhkəmliyi də istifadə
məqsədinə görə fərqlənir. Mən şəxsən səhərlər normal sərtliyi olan diş fırçalarından istifadə
edirəm, axşamlar isə ultra yumuşaq diş fırçalarından istifadə edirəm.

Diş fırçasının tükləri
möhkəm olduğu təqdirdə dişlərlə diş ətinin birləşdiyi yeri təmizləyərkən diş ətinizi ağrıda
bilərsiniz, yaxud da ağrıtmamaq üçün bu hissəni effektiv şəkildə təmizləyə bilməzsiniz.
Elektriklə işləyən diş fırçaları da dişlərin təmizliyi üçün istifadə olunan təsirli bir
vasitədir. Düzgün istifadə edildiyi təqdirdə mən istifadə edilməsində heç bir problem görmürəm.
Ən son təkmilləşdirilən elektriklə işləyən fırçalar sizə nə qədər müddət hansı hissəni
fırçalamanızın lazım olduğunu bildirir.
Son olaraq onu da qeyd edim ki, dişlərimizi əsla və əsla sıxaraq fırçalamaq olmaz.
Sıxmaq əsas təmizlik işləri aparacaq fırça uclarının əyilərək öz funksiyasını yerinə yetirməsinə
mane olur. Diş fırçanızı sıxma dərəcəsini nizamlamaq üçün sizə sadə bir məsləhət verim. Sanki
pomidorun qabığını fırçalayırıqmış kimi bir sıxma gücündən bəhs edirik, daha artıq gücdən yox.