Zirkon keramik diş qapaqları

Zirkon keramik diş qapaqları quruluşuna görə təbii dişlərə daha çox bənzəyir.
Zirkon qapaqlar təbii dişlər kimi işığı 30% miqdarında udur, 70%-ni isə əks
etdirirlər. Keramiklar özləri dişin üzərində qala bilmirlər, onları saxlayacaq bir alt
struktura ehtiyac var. Əvvəllər uzun müddət metal alt strukturlar bu hallar üçün tətbiq
edilmişdir. Metal alt strukturların allergik olması, işığı əks etdirməməsi və diş ətini
boyama kimi əks təsirlərinə görə hal-hazırda istifadə edilmir.


Zirkon qapaqlar ağ rəngədədir və diş ətlərinin boyanmasına səbəb olmur.
Eyni zamanda toxumalara biouyğun maddədir. Allergik reaksiya vermir və işıq
keçirmə xüsusiyyətinə görə təbii dişə ən yaxın, ən gözəl, ən estetik keramik diş
qapaqları zirkon qapaqlarıdır.
Eyni zamanda diş olmayan yerlərdə dişlərin bərpası üçün zirkon körpülərdən
də geniş istifadə edilir.