Bütün dişlərin əksikliyi zamanı implantasiya əsnasında ən önəmli mövzulardan biri
də implantın üzərinə tətbiq ediləcək protezin dodaqlara, təbii diş kimi dəstək verə
bilməsidir. Bu hər zaman mümkün deyil , çünki sümük bəzən gözləniləndən daha
çox əriyir.
Bu kimi hallarda həm sabit olacaq, həm də dodaq dəstəyini təmin edə
biləcək hibrid protez hazırlanır. Bu müalicə üsulunda implant üzərinə qoyulacaq
protez tamamilə sabitdir və pasiyent tərəfindən çıxarılmır.