Bütün dişlərin əksikliyi zamanı bir neçə alternativ müalicə üsulu mümkündür. Bu
alternativlər arasında əvvəldən bəri tətbiq edilən hərəkətli protezlər də var. Bu
cür protezlər adından da göründüyü kimi çeynəmə zamanı hərəkət edir və bu
pasiyentlərə narahatlıq verir.
Bu kimi tam diş əksikliyi yaşayan pasiyentlərin ən
böyük köməkçisi implant diş müalicəsidir. Kifayət qədər implant yerləşdirilən
hallarda tamamilə sabit protezlərin tətbiqi mümkündür və bu protezlər qətiyyən
hərəkət etmir. Çeynəmə, danışma və estetik funksiyaları tamamilə yerinə yetirir,
ağızda sabit durur.