İmplantasiyadan sonra pasiyent ağrı hiss edirmi?

İmplant sonrası ağrının yaranması çox nadir görünən bir haldır. Doğru
yerləşdirilmiş implant ətraf toxumalara heç bir zərər vermir. Hər hansı bir ağrının
implantdan qaynaqlanması gözlənilən deyil. Ağızdakı mühit həddindən artıq
bakteriyalı mühitdir. Ona görə də hər bir kiçik cərrahi müdaxilədən sonra reseptdə
qeyd edilən dərmanlar, mütləq həkimin tövsiyyəsi əsasında qəbul edilməlidir.


Bundan başqa implantasiyadan sonra pasiyent bəzi qaydalara riayət etməlidir.
Əgər pasiyent bu qaydalara nizamla riayət edərsə əməliyyatdan sonra ağrı hiss
etməyəcək. Bu qaydaların ən başlıcası əməliyyatdan sonra 48 saat ərzində
qətiyyən tütün və tütün məhsulları qəbul etməməyidir.