İmplantasiyanın başlıca səbəbi, üzərinə taxılacaq implantüstü protezlərdir. Bu
səbəblə implantasiyaya başlamadan əvvəl ehtiyac yaxşı müəyyən edilməlidir. Ən
sonda pasiyentə taxılacaq implantüstü protez müəyyən edilib, ona uyğun implant
yerləşdirmək hər zaman uğurlu implant müalicəsinin açarıdır.
İmplantüstü
protezlər müxtəlifdir. İmplantlar yerləşdirildikdən sonra alt çənədə 2-4 ay, üst
çənədə 3-6 ay gözlənilir. Bu müddət tamamlandıqdan sonra planlanan protezlərə
görə implant ölçüləri götürülür və implantüstü protezlər taxılır. Pasiyentin bütün
ehtiyaclarını ödəyəbiləcək protez taxıldıqdan sonra pasiyent olduqca rahat bir
şəkildə çeynəmə, danışma və estetika kimi funksiyaları geri qazanmış olur.