İmplantasiya edildikdən sonra implantın titan səthilə sümük arasında pozulmayan
bir bağ yaranır. Bu tutunma mikroskopik ölçülərdə reallaşır. Bu mərhələdə
implantların səth xüsusiyyətləri çox böyük əhəmiyyətə sahibdir.
İmplantasiyadan sonra keçən müddətdə implant çənə sümüyü ilə bütünləşir ki, bu
osseointeqrasiya adlanır. Bu müddət alt çənədə 2-4, üst çənədə 4-6 aydır.