İmplant diş necə düzəldilir?

İmplant əməliyyatı ilk öncə anesteziya ilə başlayır. Standart implant əməliyyatı,
pasiyentin istəyinə görə ümumi anesteziya və ya sedasiya istəyi, ya da adətən
lokal anesteziya ilə edilir. Yəni sadəcə implant ediləcək nahiyyə lokal anesteziya
maddələrilə keyidilir. Nəticədə pasiyent əməliyyat zamanı heç bir prosesi hiss
etmir. Düzgün tətbiq edilən lokal anesteziya beyinlə implant yerləşdiriləcək
nahiyyələr arasındakı əlaqəni kəsdiyinə görə həmin nahiyyələrdə qətiyyən ağrı
hiss edilmir.


Lokal anesteziya tətbiqindən sonra implant yerləşdiriləcək nahiyyə cərrahi
qaydalara uyğun şəkildə açılır. Daha sonra dişsiz nahiyyədə xüsusi driller yardımı
ilə implant yuvası açılır. Bu əməliyyat çox yavaş və atravmatik olaraq edildiyindən
pasiyent əməliyyatdan sonra heç bir ağrı duymur. Açılmış implant yuvasına uyğun
ölçüdə uzunluq və boyda diametrdə implant yerləşdirilir. Əməliyyat nahiyyəsi
tikişlər yardımı ilə örtülür və gözləmə müddəti başlayır. Əgər əməliyyat nahiyyəsi
ön bölgədədirsə və immediat implantasiya yükləmə qaydalarına uyğundursa, eyni
seansda pasiyentin müvəqqəti protezləri taxıla bilir.