Diş çəkildikdən sonra dişsiz olmaq bir çox pasiyentin qorxduğu və çəkindiyi haldır.
Qeyri-estetik görünüş kimi qəbul edilir. Əgər çəkilən dişin çəkildiyi hissədə hər
hansı bir infeksiya yoxdursa və sümük toxuması implantasiyaya əlverişlidirsə
dərhal implant yerləşdirilir, yəni immediat implant tətbiq edilir. Bu bizə aylarla
davam edə biləcək sağalma müddətini geri qazandırmış olur.
Əgər implant
yerləşdirildikdən dərhal sonra implant həmin nahiyyədə sağlam bir tutum
göstərirsə üzərinə dərhal müvəqqəti protez də düzəldilir. Bu cür müalicəyə dərhal
yükləmə və ya immediat loading deyilir.
Hər zaman bütün şərtlər uyğun olmadığından dərhal implant və dərhal yükləmə
olmur. Ona görə də çox diqqətlə bütün şərtlər araşdırılmalı və uyğun olmalıdır.