Hər əksik diş üçün bir implant olmalıdır?

Hər əksik diş üçün bir implant yerləşdirmək ən uyğun müalicə planı olmaqla
yanaşı, hər zaman tətbiq edilə bilməyən bir üsuldur. Belə olmasının başlıca
səbəblərindən biri pasiyentin maddi olaraq yüklənməsidir. Bundan başqa sümük
hər zaman implantı yerləşdirə biləcəyimiz həcmə sahib olmaya bilir.


Lakin tam dişsizlik olduğunda belə, körpü adlandırdığımız konstruksiyalarla
implantlar bir-birinə bağlanaraq daha az sayda implantla tamamilə sabit protezlər
hazırlana bilir. Qonşu üç dişin yoxluğu zamanı iki implant və bu implantları bir-
birinə bağlayacaq körpü ilə dişsizlik həll edilə bilir. Bütün dişlərin əksik olduğu
zamanlarda üst çənədə 8 -10 implant, alt çənədə isə 8 implant yerləşdirilərək 28
və ya 32 diş ağıza yerləşdirilir. Nəticədə hər diş üçün bir implant anlayışı vəziyyətə
görə dəyişir.