Dişlərin ağardılması

Dişlərin ağardılması dişlərin səthində yaranan yad rənglərin təmizlənməsi prosedurudur.
Bu cür rənglənmələr çay, qəhvə və siqaret kimi xarici faktorlardan asılı olmaqla yanaşı, əsmər,
sarışın olmaq kimi genetik faktorlara da əsaslanmış ola bilər.
Əgər dişlərin rəngini dəyişməsi xarici faktorlara əsasən meydana gəlmişdirsə, effektiv
ağız təmizliyi ilə və ya diş həkiminin köməkliyi ilə dişlərin ağardılması prosedurları ilə bu cür
rəng dəyişikliklərindən xilas olmaq olar.
Pasient çox miqdarda çay, qəhvə və siqaretdən istifadə edirsə, dişlərinin rəngi boz olur və
bu zaman ev şəraitində dişlərin ağardılması məsləhət görülür. Pasient gəncdirsə və onun
dişlərinin rəngi sarıdırsa ofis şəraitində dişlərin ağardılması məsləhət görülür.


Ev şəraitində dişlərin ağardılması: Xəstədən ölçü götürülür və bu ölçüyə uyğun olaraq
dərman verilir. Pasient özü bir həftə, on gün müddətində bu proseduru icra etməlidir.
Ofis şəraitində dişlərin ağardılması: stomatoloq yumuşaq toxumaları ayırır və kimyəvi
maddədən istifadə edərək klinikada təxminən 45 dəqiqə və 1 saat müddətində dişlərin
ağardılması üçün müvafiq olan şüalardan istifadə edir.
Dişlərin ağardılması üçün müəyyən edilmiş hər iki metod zamanı bərabər miqdarda
dişlərin ağardılması prosesi həyata keçirilə bilər. Amma ofis şəraitində dişlərin ağardılması
metodu zamanı pasientə 2 yaxud da 3 seans tətbiq edilir.
Dişlərin ağardılması prosesi həyata keçirildikdən sonra həkimlərin məsləhəti ilə ağardıcı
diş pastalarından istifadə olunmalıdır. Çünki xarici təsirlərin, yəni çay, qəhvə, siqaret və sairənin
eyni miqdarda istifadə edilməsi nəticəsində dişlərin ağardılmasına yenidən ehtiyac yarana bilər.