Diş sapı

Diş fırçaları dişlərimizin arasında yığılan yemək qalıqlarını təmizləmək üçün effektiv bir
üsul deyildir, çünki diş fırçaları bu sahələrə çata bilmir. Bu hissələrin təmizliyini diş ipləri ilə
həyata keçirməliyik.
Diş ipləri diş fırçalarının bir nömrəli tamamlayıcısıdır. İkisindən birinin olmaması, ağıza
olan qulluğun yarımçıq həyata keçirilməsi deməkdir. Diş fırçalarının çata bilmədiyi diş aralarını
təmizləmə vəzifəsi diş iplərinin üzərinə düşür. Unutmayın ki, ən gizli çürüklər diş aralarında olan
çürüklərdir.

Bunları yalnız müəyyən səviyyəyə çatdıqdan sonra hiss etmək olur. Əgər nizamlı
şəkildə stomatoloqda müayinə olunursunuzsa, bu növ çürükləri rentgen zamanı görmək olur.
Amma çürüyün olmaması arzuolunandır. Diş iplərinin də əsas vəzifəsi bundan ibarətdir. Dişlərin
aralarında olan yemək qalıqlarını təmizləyərək, bu hissələrdə yaranacaq çürüklərin qarşısını
almaq. Təbii ki, diş iplərindən istifadə etməyin də bir qaydası var. Bunları da öyrənməliyik.