Diş fırçalama

İmplant diş təmizliyi ən başda diş fırçalamaqdan başlayır. Buna görə xüsusi
diqqətlə edilməlidir. Diş nizamlı və düzgün fırçalanmadıqda, ağıziçi toxumalara
zərər verən bakteriyalardan ibarət mikrobial dental ərp yaranacaq. Diş fırçalamaq
təzyiq göstərmədən, dişlərə doğru üç dəqiqə müddətində edilməli təmizlikdir.


Diş sapından istifadə
Ağızda olan bakteriyaların çox böyük bir hissəsi, dişlərin ara səthləri olan bir-birilə
qonşu olduqları hissələrdə meydana gəlir. Bu bakteriyalar həm implantlar, həm də
dişlər üçün olduqca təhlükəlidir. Ona görə diş sapından istifadə etmək çox
vacibdir.