Standart implantasiya əsnasında implant ediləcək nahiyyədə diş çəkimi olursa,
həmin nahiyyənin sağalması gözlənilir. Bu müddət diş çəkildikdən sonra üst
çənədə 3-6 ay, alt çənədə isə 2-4 aydır. Sağalma müddətini pasiyent ya müvəqqəti
protezlərlə, ya da dişsiz olaraq keçirir.
Lakin diş çəkildikdən sonra həmin
nahiyyədə sümük toxuması kifayət qədərdirsə və hər hansı infeksiya problemi
yoxdursa dərhal implantlar yerləşdirilə bilir. Bu immediat implantasiya adlanır və
həm həkimə, həm də pasiyentə zaman qazandırır.
İmplantasiyadan sonra sümük toxuması və implant arasında ilkin tutunma
dərəcəsini müəyyən edən ilkin stabilizasiya dəyəri uyğundursa implantın üzərinə
dərhal müvəqqəti protez taxıla bilir. Ilkin stabilizasiya dərhal yükləmə
əməliyyatına uyğun deyilsə, bu zaman implantların sağalmasını gözləyirik. Yalnız
bundan sonra implantüstü protezlər taxıla bilər.