Qinqivoplastiya proseduru latın sözüdür və “qinqivo” “diş əti” deməkdir,
“plasti” isə “formaya salmaq” deməkdir. Yəni “Qinqivoplastiya” “diş ətində estetik
əməliyyatların həyata keçirilməsi” deməkdir. “Çəhrayı estetika” da deyə bilərik.
Çəhrayı estetika müəyyən hissələrdə istifadə edilə bilər. Məsələn, bir diş digər
dişdən bir az uzundursa, pasient güldüyündə diş ətləri görünürsə, diş ətləri dişlərə
nisbətən daha böyükdürsə tətbiq edilir.
Xüsusilə qabaq dişlərdə bu tətbiq edilir. Bir diş və ya bütün dişlərlə bağlı bu
prosedur icra edilə bilər. Bəzi pasientlər güldüyü zaman diş ətləri göründüyü
təqdirdə, çəhrayı estetikadan istifadə edilə bilər.
Çəhrayı estetika proseduru 15-20 dəqiqə davam edir və dərhal müsbət nəticə
əldə etdiyindən pasient gündəlik həyatını davam etdirir.
Qinqivektomiya (çəhrayı estetika)
Qinqivektomiya metodu xalq arasında çəhrayı estetika olaraq tanınır.
Stomatoloqlar arasında isə bu termin diş ətlərinin kəsilməsi və ya diş ətlərinin
formaya salınması mənasına gəlir.
Bəzi şəxslər güldüyündə diş ətləri çox görünür, bu şəxslərin dişləri isə kiçik
ola bilər. Belə olduğu təqdirdə diş ətlərinin ölçüsü götürülür, pasientin səhhətinə
mənfi təsir göstərmədən diş ətləri yuxarıya doğru çəkilir. Bu metod sayəsində
pasientin dişləri daha uzun olacaq, diş ətləri isə daha az görünəcək və həmçinin
estetik gülüşə sahib olacaqdır.