Bizə zəng:+994 51 800 03 03

eMail:info@proimplant.az

İş Saatı:Həftənin Hər Günü

Müəllif: tural

Çəhrayı estetik diş əti

Çəhrayı estetik diş əti

Çəhrayı estetik diş əti son bir neçə ildir haqqında çox danışılan sahələrdəndir. Estetik stomatologiyada və gülüşün dizaynında dişlərin ağ hissəsinin yanında diş ətləri, yəni çəhrayı hissələr çox böyük rol oynayır. Dişlərin diş ətinə doğru birinin qısa, birinin uzun olması və ya şəxs güldüyündə diş ətləri çox görünürsə ictimaiyyət tərəfindən xoş qarşılanmır. Güldüyü zaman diş ətləri […]

Davamı

İnlay – Onlay plomblarının üstünlükləri

İnlay – Onlay plomblarının üstünlükləri

Əvvəllər material olaraq amalqam plomblarından istifadə edilirdi. Amalqam plombları gümüş plomblar olaraq tanınır. Bu gümüş plombların tərkibində civə var və baxıldığı zaman xoş görüntü yaratmır. Əslində civə toksik maddə olduğundan hazırkı dövrdə bu materiallardan istifadə edilmir. Əgər dişinizdə amalqam plomblarınız varsa və ya dişlərinizdə çürüklər varsa, estetik plomblardan istifadə edə bilərsiniz. Xüsusi metodlarla amalqam plomblarınız […]

Davamı

Dil təmizləyiciləri

Dil təmizləyiciləri

Dilimizin səthi də əslində yemək qalıqlarını özündə saxlaya biləcək bir quruluşa sahibdir. Dilimizin səthini də nizamlı olaraq təmizləmək, ağız qoxusunun qarşısını almaq üçün effektiv vasitələrdən biridir. Dil təmizləyicilərinin istifadəsi də olduqca asandır. Xüsusi layihələndirilmiş uc hissəsi ilə dilimizin üzərini sürtərək təmizləyə bilərsiniz.

Davamı

Diş sapı

Diş sapı

Diş fırçaları dişlərimizin arasında yığılan yemək qalıqlarını təmizləmək üçün effektiv bir üsul deyildir, çünki diş fırçaları bu sahələrə çata bilmir. Bu hissələrin təmizliyini diş ipləri ilə həyata keçirməliyik. Diş ipləri diş fırçalarının bir nömrəli tamamlayıcısıdır. İkisindən birinin olmaması, ağıza olan qulluğun yarımçıq həyata keçirilməsi deməkdir. Diş fırçalarının çata bilmədiyi diş aralarını təmizləmə vəzifəsi diş iplərinin […]

Davamı

Ağız duşları

Ağız duşları

Ağız duşlarını qarqaralarla qarşıdırmaq lazım deyil. Bir çox adamın ağız duşları haqqında məlumatlarının olmadığını düşünürəm. Bunlar tamamilə elektriklə işləyən cihazlardır. Bir növ diş iplərinin alternativləridir. Bu cihazlar nizamlanmış təzyiqli su ilə dişləri təmizləmək üçün istifadə edilən alətlərdir. Üzərində olan su yerinə su dolduraraq istədiyiniz təzyiqi təyin etdikdən sonra alətin uc hissəsindən çıxan təzyiqli suyun gücü […]

Davamı

Ağıza qulluq edilməsi

Ağıza qulluq edilməsi

Keçən həftə ağıza və dişlərə kifayət qədər qulluq etmədiyimiz haqqında bəhs etmişdim. Bir çoxumuz dişlərimizi sadəcə fırçalamağımızın kifayət etdiyini düşünürük, amma təəssüflər olsun ki, bu belə deyil. Bəziləri həqiqətən də ağıza kifayət qədər qulluq etmir, amma böyük əksəriyyəti isə dişlərinə qulluq etdiyini düşünür, amma düzgün alətlərdən və texnikadan istifadə etmədiyi üçün bizim istədiyimiz səviyyədə təmizlik […]

Davamı

Diş fırçaları

Diş fırçaları

Dişlərə qulluq prosesində diş fırçaları əsas rol oynayır. Diş fırçaları ilə dişlərimizin görünən səthlərini təmizləyə bilərik. Hətta yeməkdən sonra düzgün fırçalama ilə dişlərimizin üzərində olan yemək qalıqlarının böyük bir qismini təmizləyə bilərik. Diş fırçalarının növləri çoxdur və reklamlarda onların bir sıra xüsusiyyətləri önə sürülür. Mən sizin üçün vəziyyəti daha da sadələşdirmək istəyirəm. Mənim üçün ideal […]

Davamı

Nizamlı olaraq diş həkiminə getmək

Nizamlı olaraq diş həkiminə getmək

Bütün bu yazılanlarla yanaşı, ağıza düzgün qulluq göstərmək üçün ən əsas vasitələrdən biri də nizamlı olaraq diş həkiminə getməkdir. Belə olduğu təqdirdə, həm ağızınıza hansı səviyyədə qulluq göstərdiyinizi nəzarətdə saxlayırsınız, həm də sizin fərqində olmadığınız bəzi kiçik problemlər böyük problemlərə çevrilmədən qarşısını ala bilərsiniz. Diş həkiminizin professional şəkildə edəcəyi təmizliyi, sizin evdə etməniz mümkün deyildir. […]

Davamı

Diş pastaları

Diş pastaları

Diş pastalarında fırçalama zamanı dişlərin üzərində olan lövhəni daha rahat və effektiv təmizləmənizə şərait yaradan aşındırıcı hissəciklər mövcuddur. Bununla yanaşı dişin strukturunun turşulara qarşı müqavimətini artıran flüor kimi kimyəvi maddələr də var. İstifadəsindən asılı olaraq fərqli kimyəvi maddələr də tərkibində ola bilər. Diş pastalarını fırçalamaya köməklik göstərən maddə kimi təsəvvür edin. Hansı diş pastasının sizin […]

Davamı