Ağıza qulluq edilməsi

Keçən həftə ağıza və dişlərə kifayət qədər qulluq etmədiyimiz haqqında bəhs etmişdim.
Bir çoxumuz dişlərimizi sadəcə fırçalamağımızın kifayət etdiyini düşünürük, amma təəssüflər
olsun ki, bu belə deyil. Bəziləri həqiqətən də ağıza kifayət qədər qulluq etmir, amma böyük
əksəriyyəti isə dişlərinə qulluq etdiyini düşünür, amma düzgün alətlərdən və texnikadan istifadə
etmədiyi üçün bizim istədiyimiz səviyyədə təmizlik apara bilmirlər.

Gündə üç dəfə dişlərini
fırçalayan bir pasientimə diş köklərinizdə çox miqdarda daş olduğunu söylədiyimdə, üzündə
yaranan təəccüb hissini təsəvvür edə bilərsiniz. Ağıza və dişlərə qulluq çox təəssüf ki, yalnız
dişləri fırçalamaqla həyata keçirəcəyimiz bir proses deyil. Bu yazımda ağıza və dişlərə düzgün
qulluq etmək üçün istifadə edə biləcəyiniz metodları və o metodlardan necə istifadə edəcəyinizi
qısa olaraq demək istəyirəm.