Alt çənədə tam diş əksikliyi və implant

Bütün dişlərini itirmiş xəstələrdə implant diş müalicəsi bir qurtarıcı vəzifəsi görür.
Çünki implantın olmadığı bir müalicə planında, xüsusilə də bu itki alt çənədədirsə
protez çox hərəkətli olacaq. Ona görə də implant bu hərəkəti ya tamamilə
sabitləyən, ya da hərəkəti məhdudlaşdıran bir vəzifəyə sahibdir.


Tamamilə sabit olması planlanan protez müalicələrində, lazımi sayda implant
dişsiz nahiyyəyə yerləşdirilir. Daha sonra bu implantlarla sabitlənəcək protezləri
bağlayan implant ara parçalar implantlara sabitlənir. Ölçülər üzərindən protezlər
düzəldilir və pasiyentin ağızına tətbiq edilir. Bu cür hallarda pasiyent demək olar
ki, öz dişlərinə bənzəyən dişlərə sahib olur.
Digər implant dəstəkli seçimlərdə isə, 2-4 ədəd implant dişsiz nahiyyəyə
yerləşdirilir və hərəkətli protez ilə implantarası bağı təmin edən implant ara
parçaları, implantın üzərinə tətbiq edilir. Alınan ölçülər əsasında hərəkətli protez
hazırlanır. İmplant digər müalicə üsullarına görə daha uyğun və daha komfortlu
seçimdir.