Ağız, diş və çənə cərrahiyyəsi hansı problemlərə müdaxilə edir?

Diş ətində görünməyən, ziddiyyətli və inkişaf etməyən dişlərin çəkilib çıxarılması,
 Ağız, çənə və üz hissəsinin istənilən infeksiyalarının tibbi və cərrahiyyə
əməliyyatları,
 Çənələrdə yaranan şiş və şişəbənzər törəmələrin cərrahiyyəsi,
 Ağızın yumuşaq toxuma xəstəliklərinin müalicəsi,
 Ağız, çənə və üz hissəsində müəyyən edilən sistematik xəstəliklərin diaqnozu və
lazım olarsa tibbi konsultasiyalarla əlaqədar tibbi mütəxəssislik sahələrinə
yönləndirilməsi,
 Dişin kökündəki bəzi toxuma pozulmalarının müalicəsi (Apikal Rezeksiya),
 Çənə və üz hissəsində yaranan qırıqların müalicəsi,
 Dental protezlərin hazırlanmasından əvvəl yumuşaq toxuma və sərt toxumaların
cərrahiyyə yolu ilə düzəldilməsi,
 Çənə və üz hissəsində olan ağrıların tibbi və cərrahiyyə yolu ilə müalicəsi,
 Çənə oynaqları xəstəliklərinin tibbi və cərrahiyyə yolu ilə müalicəsi,
 Dodaq – damaq yarıqlarının müalicəsi,
 Tüpürcək vəzi xəstəliklərinin tibbi və cərrahiyyə yolu ilə müalicəsi,
 Diş və çənə ilə əlaqədar olan sinus patologiyaları və müalicəsi,
 Ağız, çənə və üz hissəsində estetik və funksional pozulmalara səbəb olan
deformasiyaların cərrahiyyə yolu ilə düzəldilməsi (ortoqantik cərrahiyyə),
 Xərçəng müalicəsi ilə əlaqədar qəbul edilən dərmanların və radioterapiyaların
nəticəsində çənədə yaranmış sümük nekrozlarının müalicəsi,


 Dental implant qoyulması,
 Dental implant qoyulması məqsədi ilə yumuşaq toxuma və sərt toxumaların
əskikliklərinin cərrahiyyə yolu ilə bərpası,
Ağızda bir sıra cərrahiyyə əməliyyatlarının aparılması zamanı lokal anesteziya
(məhdud keyləşdirmə) kifayət edir. Bununla yanaşı ağız, çənə və üz hissələrində geniş
cərrahiyyə əməliyyatları üçün ümumi anesteziya tətbiq edilməsi lazımdır. Həmçinin

dental fobiya, bulantı refleksi, uşaq xəstəlikləri, fiziki və əqli problemlərdən dolayı lokal
anesteziya ilə müalicə olunmayan xəstələrə ümumi anesteziya, yaxud da sedasiya ilə
müdaxilə edilir. Bu cür əməliyyatlar fakültəmizin xəstəxanasında həyata keçirilir.