Nizamlı olaraq diş həkiminə getmək

Bütün bu yazılanlarla yanaşı, ağıza düzgün qulluq göstərmək üçün ən əsas vasitələrdən
biri də nizamlı olaraq diş həkiminə getməkdir. Belə olduğu təqdirdə, həm ağızınıza hansı
səviyyədə qulluq göstərdiyinizi nəzarətdə saxlayırsınız, həm də sizin fərqində olmadığınız bəzi
kiçik problemlər böyük problemlərə çevrilmədən qarşısını ala bilərsiniz.


Diş həkiminizin professional şəkildə edəcəyi təmizliyi, sizin evdə etməniz mümkün
deyildir. Həmçinin rentgen cihazlarının köməkliyi ilə dişləriniz və ətraf toxumalar haqqında çox
qiymətli məlumatlar əldə edə bilərsiniz. Çürükləri müəyyənləşdirən məhlullar, yaxud da işıq
cihazları ilə gözlə görülməyəcək çürükləri və ya bakteriyaları müəyyən edə bilirik. Müxtəlif
metodlarla çürük riskləriniz müəyyən edilir. Bütün bunlar erkən diaqnoz yaxud da qoruyucu
yanaşmalar üçün çox güclü maddələrdir. Bu imkanlardan istifadə edə bilməyiniz yalnız diş
həkiminə getməklə mümkündür. Buna vərdiş edin.