“İmplantın uğurlu olmasına zəmanət varmı?” – sualı pasiyentlərimizin ən çox
verdiyi sualdır. İmplantın uğurlu olması həkimin qabiliyyəti, məlumatlı olması,
uğurlu olması qədər pasiyenti də əhatə edən bir mövzudur. Həkim nə qədər
uğurlu bir əməliyyat aparsa da, nə qədər gözəl bir protez hazırlasa da, pasiyentin
ağız təmizliyi yerində deyilsə uğurlu implant əməliyyatından söz gedə bilməz.
Uğurlu əməliyyat, düzgün və mütəmadi gigiyena sayəsində 15 ildə 98,7 % olub.
Əlbəttə ki, bu uğurda pasiyentin əməliyyatdan sonrakı ağız baxımı, protez
hazırlandıqdan sonra isə ağız gigiyenası çox böyük əhəmiyyət daşıyır. Siqaret təbii
dişlərin qatili olduğu kimi implantların da düşmənidir. Buna görə ağzımızda
implant da olsa, təbii diş də olsa siqaret çəkmək uğurlu əməliyyata ciddi şəkildə
mənfi təsir edir.