İmplant allergiya və xərçəng xəstəliyinə səbəb olurmu?

İmplantın allergiya və xərçəng xəstəliyinə səbəb olduğuna aid düşüncələr hər
zaman gündəm olmuşdur. İmplantın allergiyaya səbəb olması mümkündür. Lakin
bu hal demək olar ki, milyonda bir rast gəlinən titan allergiyası olan fərdlərdə baş
verir. Bu cür hallar aparılan elmi araşdırmalarda bir və ya iki dəfə görülmüş hal
kimi qeydə alınmışdır. Yəni demək olar ki, implant allergiyası heç bir zaman
mübahisə mövzusu deyil.


İmplantın xərçəng yaratma ehtimalı ssenariləri isə əfsanədən başqa bir şey deyil.
İmplant və xərçəng xəstəliyinin bir-birilə əlaqəsi olduğunu isbat edə biləcək bir
ədəd belə araşdırma yayımlanmayıb. Ona görə də bu mövzuda narahat olmağa
dəyməz. Nəticə olaraq implant kifayət qədər toxumaya dost bir materialdır.
Sağlamlığa hər hansı bir sistemik təhlükəsi yoxdur.