Bütün dişlərin əksikliyində implant.

Bütün dişlərin itirildiyi və ya itirilmə ehtimalı olduğu zaman pasiyentlər haqlı
olaraq dişsiz qalmaq istəmirlər. Bunun üçün diş çəkildikdən dərhal sonra əgər hər
hansı bir problem yoxdursa, eyni seansda implantlar yerləşdirilir. Bu əməliyyata
immediat implantasiya deyilir. İmmediat implantasiya olması üçün xüsusi şərtlərin
hamısı eyni anda olmalıdır. Hər zaman hər kəsə tətbiq edilə bilmir.

İmplantlar yerləşdirildikdən sonra implantlar üzərindən ilkin stabillik
adlanırdığımız implantların çənə sümüyünə yerləşdirildikləri anda stabilliyini
müəyyən edən dəyər ölçülür. Əgər bu dəyərlər uyğundursa, eyni seansda
implantların üstünə müvəqqəti protezlər taxılır və pasiyent tamamilə dişsiz
vəziyyətdə gəldiyi klinikadan yeni müvəqqəti protezləri ilə gedə bilir. Sağaldıqdan
bir müddət sonra isə daimi protezlər taxılır.