İmplantasiyadan sonra necə qulluq etməli?

İmplant əməliyyatından sonrakı ilk bir həftə implant diş müalicəsində ən
əhəmiyyətli rola malikdir. Çünki bu dövrdə pasiyent implant yerləşdirilmiş
nahiyyəyə xüsusi diqqət göstərməlidir. O nahiyyə təmiz saxlanmalıdır. Tikişlərin
olduğu bölgələrdə qətiyyən qida qalıqları olmamalıdır. Əməliyyat nahiyyəsindən
sızan qanı xaric etməməli, əksinə udmalı. Əməliyyatdan sonra ən az 48 saat
ərzində tütün və tütün məhsulları istifadə edilməməlidir.


Əməliyyatdan sonra təmizliyi yerində olan bir implantın uğursuz olması demək
olar ki, mümkün deyil. Ona görə də implant əməliyyatından sonra həkiminizin
tövsiyyə və xəbərdarlıqlarına, reseptinə dəqiqliklə riayət etmək uğura atılmış ən
böyük addımdır.