İmplant müalicəsindən öncə müayinə necə edilir?

Uğurlu implantasiya, hər zaman düzgün müayinə ilə başlayır. İmplantasiya edəcək
həkim implant müayinəsini edərkən, son mərhələdə implantın protezinin
pasiyentin ağzında necə görünəcəyini və necə funksiya yerinə yetirəcəyini
öncədən görməlidir. Ona görə də implant müayinəsi çox detallı olmalıdır.


Əvvəlcə implantasiyaya əngəl ola biləcək hər hansı bir sistemik xəstəlik olub –
olmadığından, ağızdakı digər qonşu dişlərə qədər hər şey detallı olaraq
araşdırılmalıdır. Daha sonra bu qonşu dişlər radioqrafik (panaromik radioqrafiya,
komputer tomoqrafiya və s) araşdırılır. Bütün bu müayinələr bitdikdən sonra
pasiyentə implant edilib edilməyəcəyi qərar verilir.