İmplant dişlərin ömrü nə qədərdir?

İmplant dişlərin ömrü pasiyentlər üçün ən maraqlı mövzulardan biridir. Aparılan
araşdırmalara görə 15 ildə implantların uğurluluğu 98,7 %- dir. Yəni ağıza
yerləşdirilən hər 100 implantın 98 – i 15 ilin sonunda ağızda funksiyasını yerinə
yetirə bilir.

Müddətin belə yaxşı və uzun olması üçün implantasiyadan sonra
pasiyentlər mütəmadi ağız baxımı etməli, həkim nəzarətini axsatmamalıdır. Çünki
öz dişlərimizi itirməyə səbəb olan faktorlar implantlar üçün də keçərlidir.