Çəhrayı estetik diş əti

Çəhrayı estetik diş əti son bir neçə ildir haqqında çox danışılan sahələrdəndir.
Estetik stomatologiyada və gülüşün dizaynında dişlərin ağ hissəsinin yanında diş ətləri,
yəni çəhrayı hissələr çox böyük rol oynayır. Dişlərin diş ətinə doğru birinin qısa, birinin
uzun olması və ya şəxs güldüyündə diş ətləri çox görünürsə ictimaiyyət tərəfindən xoş
qarşılanmır.

Güldüyü zaman diş ətləri çox görünən şəxslərə bu gülüşün 3 böyük zərəri var.
 Birincisi estetik görünmür.
 İkincisi belə şəxslərdə ümumiyyətlə dişlər lazım olduğundan daha da qısadır. Diş
əti çox görünür, dişlər qısa, dodaqların incə olması şəxsin gülüşünə mənfi təsir göstərir.
 Bəzi şəxslər bu vəziyyətdə olarkən gülmür və gülüşlərini məhdudlaşdırırlar.
Çəhrayı estetika metodu ilə pasient 15-20 dəqiqə ərzində bu problemdən xilas ola
bilər.


Çəhrayı estetika metodu ilə diş ətləri lazer və ya elektrocərrahiyə metodu ilə
yuxarıya doğru dartıla bilir.
Burada nəzərə çarpacaq məsələ odur ki, diş ətinin dişlə birləşən hissəsindən ət
kəsilərək yuxarıya doğru dartılır, amma bəzi hallarda dişin sümüyünün yonulması
metodu ilə həyata keçirilən proseslər var. Bu zaman həkimlə pasient birlikdə bu
prosedurun müsbət və mənfi tərəflərini müzakirə edərək qərar verirlər.
Diş ətinin dişlə birləşdiyi yerdə ətin dartılması metodu ilə həyata keçirilən proses
daha asan prosesdir. Lazer və ya elektrocərrahiyyə ilə həyata keçirildiyi üçün ağrısız və
qanama olmadan həyata keçirilən prosesdir və pasient müalicədən sonra gündəlik
həyatını davam etdirir.
Çəhrayı estetika ilə həyata keçirilən prosesin faydası odur ki, diş ətləri daha az
görünür və dişlər daha böyük görünür.

Çəhrayı estetika metodu ilə əməliyyat etdirmək istəyən pasientin dişlərində
problemlər varsa, estetika prosedurları həyata keçirildikdən sonra vinir lövhələr
qoyulmalı və ya zirkon diş qapaqları qoyulmalıdır.